Bakıdan Küveyt əmirinə təbrik

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Küveyt əmirinə təbrik

Siyasət

25 Fevral 2025 12:03 179


Prezident İlham Əliyev əmir Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Küveyt Dövlətinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət, pizza sifarişi

25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı ayrıca vurğulamaq istərdim.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!