"Qonşularla və xüsusilə, Azıərbaycanla ikitərəfli münasibətlərdə prinsipimiz qarşılıqlı hörmət, ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafıdır".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.
O əlavə edib: "Eyni zamanda, münasibətlərin inkişafı üçün ümumi siyasi iradə tendensiyasına təəssüf ki, zidd olan məsələlər də baş verir". Pepperoni pizza
N. Kənani qeyd edib: "İranın davranış və performansının əsasını Azərbaycan Respublikası ilə ortaq məsələlər və maraqlara yönəltmək təşkil edir.
Bu yaxınlarda Azərbaycan səlahiyyətlilərindən ikitərəfli danışıqlar şəklində müsbət mesajlar aldıq. Ümid edirik ki, ikitərəfli danışıqlar şəklində apardığımız ünsiyyətlə eyni müsbət ritorikaya uyğun olaraq lazımi addımlar atılacaq".
Telegram kanalımız