Bakıdan Tehrana böyük heyət səfər etdi -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Tehrana böyük heyət səfər etdi - SƏBƏB

İqtisadiyyat

18 Yanvar 2021 13:27 1090


Bu gün İran paytaxtı Tehran şəhərində Azərbaycan-İran İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası işinə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz “Twitter” səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək. pizza mizza

İran səfiri Tehranda keçiriləcək ikigünlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib hesab edib. (Trend)

Qeyd edək ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!