Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib

Maraqlı

16 Fevral 2023 17:07 901


“Dağıdıcı zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy deyib.

O, hazırda Bakıda yardım toplanması kampaniyasının ilk gün olduğu kimi sürətlə davam etdiyini söyləyib. pizza mizza

Platforma nümayəndəsi bildirib ki, insanlar əllərindən gələn köməyi edirlər.

“Gətirilən yardımlar könüllülər tərəfindən çeşidlənərək qutulara yığılır. İndiyə qədər rəsmi olaraq Türkiyəyə 136 TIR humnaitar yardım yola salınıb. Onlardan 9-u Gəncə şəhərindən göndərilib. Yardımlara əsasən isti paltar, yataq dəstləri, ərzaq məhsulları, qızdırıcılar, çadırlar daxildir. Zəlzələdən zərərçəkənlərin ən çox bunlara ehtiyacları var”, - deyə Ö.Aksoy vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!