“BakıKart“ın balansını internet üzərindən artırmaq mümkün olacaq

saytların hazırlanması

Evə çatdırılma

“BakıKart“ın balansını internet üzərindən artırmaq mümkün olacaq

İqtisadiyyat

25 Noyabr 2020 17:23 880


Yaxın vaxtlarda "BakıKart" nəqliyyat kartlarının balansının artırılması xidməti internet üzərindən əlçatan olacaq.

Yenisabah.az xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı, həmçinin "Visa" və "Mastercard" bank kartları vasitəsilə də sərnişin nəqliyyatından istifadəyə görə təmassız ödənişləri aparmaq imkanının yaradılması istiqamətində işlər aparılır: "Layihə bir qədər pandemiya səbəbindən ləngisə də, yaxın zamanda artıq onlayn ödəmə sistemi işə düşəcək, bu da ümumi vəziyyətin yüngülləşdirilməsinə səbəb olacaq". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!