“BakıKart“ın balansını onlayn artırmaq mümkün olacaq

saytların hazırlanması

Evə çatdırılma

“BakıKart“ın balansını onlayn artırmaq mümkün olacaq

Hadisə

12 Yanvar 2021 12:03 630


Bakı Nəqliyyat Agentliyi (BNA) "BakıKart" ödəniş kartlarının balansının nağdsız üsulla artırılması imkanlarının reallaşdırılması üzrə işləri davam etdirir.

Yenisabah.az xəbər verir ki, bunu BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 2020-ci ildə başlayıb, layihənin nə zaman başa çatacağı hələ məlum deyil. Sezar pizza

M.Ağayev əlavə edib ki, Azərbaycanın Türkiyədən idxal edəcəyi yeni 320 avtobusda kartla ödəniş tətbiq olunacaq. Bundan başqa, nağd ödənişin tətbiq olunduğu bir sıra avtobus marşrutlarını da təmassız ödəniş sisteminə keçirmək planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!