Bakını bir də amerikalı pilotun gözündən görün - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakını bir də amerikalı pilotun gözündən görün - Video

Sosial

16 Avqust 2019 08:04 1121


KTDrones təxəllüslü fotoqraf quş uçuşu yüksəkliyindən Bakının  videosunu çəkib, bununla da hər kəsi valeh edib

"Yeni Sabah" xəbər verir ki, məşhur amerikalı pilot və fotoqraf KTDrones ilk dəfə Bakını ziyarət edib və quş uçuşu yüksəkliyindən onun şəklini çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, Bakının foto və videosunu özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində təqdim edib.

Pilot özünün əsl adını gizlədir və çəkdiklərini KTDrones təxəllüsü altında yayımlayır. O, artıq uzun illərdir dünyanın müxtəlif guşələrinə səyahət edir və indiyədək 36 ölkədə olub. Hər dəfə öz səyahətləri zamanı fotoqraf dronun köməyilə ən gözəl yerlərin şəkillərini çəkir. pizza mizza

Bakıya səfəri zamanı o, şəhəri gecə və gündüz quş uçuşu yüksəkliyindən çəkib, ən uğurlu kadrları sosial şəbəkədə paylaşıb. Əcnəbilər onun çəkdiyi şəkillərə və çarxa valeh olublar. Bakının bu qədər gözəl olması onları heyrətləndirib.

/Sputnik


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!