Bakını bürüyən dumanın səbəbi bilindi -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakını bürüyən dumanın səbəbi bilindi - Rəsmi açıqlama

Sosial

19 Dekabr 2019 07:12 1002


"Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti  müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir".

"Yeni Sabah" bildirir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. 

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır.  Sezar pizza

“Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. 

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. 

Hazırda müşahidə edilən zəif  cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”. 

U.Tağıyeva bildirib ki, əhali narahat olmasın müşahidə olunan duman smoq deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!