“Bakını nə vaxt bombalayacağıq?” - Sergey Mardandan   ŞOK ÇIXIŞ

saytların hazırlanması

Evə çatdırılma

“Bakını nə vaxt bombalayacağıq?” - Sergey Mardandan ŞOK ÇIXIŞ

Siyasət

15 Avqust 2025 22:34 841


Tanınmış Rusiya radioaparıcısı və jurnalist Sergey Mardan növbəti dəfə Azərbaycana qarşı sərsəm və təxribatçı açıqlamaları ilə çıxış edib.

O, Astraxan vilayətinin Olya limanında baş verən PUA insidentini şərh edərkən guya pilotsuz uçuş aparatlarının Azərbaycan istiqamətindən gəldiyini iddia edib. Onun sözlərinə görə, PUA qalıqları bir gəmiyə də zərər vurub.

Qeyd edək ki, hadisədən əvvəl rəsmi mənbələr Ukraynaya məxsus PUA-ların Olya limanına hücum etməyə çalışdığını, lakin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı. Buna baxmayaraq, Mardan yenə də həqiqəti təhrif edərək Azərbaycanı hədəfə alıb. pizza mizza

Daha da həyasızlığa varan jurnalist çıxışında belə deyib:

“Daha maraqlısı – Bakını nə vaxt bombalayacağıq?”

Bu sözlər sosial mediada geniş qəzəb doğurub. Azərbaycan ictimaiyyəti Mardanın açıqlamalarını yalan, böhtan və açıq-aşkar təxribat kimi dəyərləndirib. Sosial şəbəkələrdə ona ünvanlanan reaksiyalarda qeyd olunur ki, bu cür açıqlamalar Kremlin Azərbaycana qarşı yönəlmiş təbliğat kampaniyasının bir parçasıdır.

İctimai rəy bildirir ki, Mardan “deyurnu köpək” kimi hər gün Azərbaycana qarşı hürür, əsassız və həyasız iddialar irəli sürür, məqsədi isə gərginlik yaratmaqdan başqa bir şey deyil./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!