Bakını tüstü bürüdü, nazirlik hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakını tüstü bürüdü, nazirlik hərəkətə keçdi

Sosial

25 İyul 2019 07:12 2140


Ötən gün Bakıda havanı qatı tüstüyə bürüüyən zavodla bağlı açıqlama verilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə fotolar yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçib. 

Nazirliyin açıqlamasında deyilir ki, 24 iyul 2019-cu il tarixində saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.  pizza sifarişi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət  qrup zavodda və ətrafda  müşahidə və monitorinq aparıb. Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!