Bakının bəzi ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bəzi ərazilərində qaz olmayacaq

Sosial

10 Sentyabr 2025 20:47 238


Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Qum adası-Qazanlar" yüksəktəzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi və Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi məqsədilə sentyabrın 11-də saat 10:00-dan işlər yekunlaşanadək "Əhmədli" QPS-də və "Əbilov" ölçü qovşağında qaz təchizatı dayandırılacaq. pizza mizza

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani və Aşıq Qurbanı küçələrinin, həmçinin Nərimanov rayonu, Xətai prospekti, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!