Bakının bəzi məktəblərində dərslər yenidən təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bəzi məktəblərində dərslər yenidən təxirə salındı

Hadisə

25 Fevral 2021 09:28 694


Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi. (Report) Toyuqlu pizza

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu gecə havanın temperaturu mənfi 9 dərəcə şaxta olub, yollar buz bağlayıb. Günün ikinci yarısından etibarən hava şəraitinin normallaşacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!