Bakının bir qəsəbəsində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bir qəsəbəsində qaz olmayacaq

Sosial

17 Sentyabr 2025 18:18 272


Sabah Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza hut

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!