Bakının bir sıra yollarında hərəkət sabahdan məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bir sıra yollarında hərəkət sabahdan məhdudlaşdırılacaq

Sosial

25 İyun 2025 14:08 195


Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Həmin ünvanlar aşağıdakılardır: pizza sifarişi

- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən - Azadlıq prospektinə qədər);

- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yollar bağlanmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!