Bakının bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

09 Sentyabr 2025 10:32 179


Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Toyuqlu pizza

Təmir-bərpa işləri aparılan müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!