Bakının bu ərazilərində söküntü başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində söküntü başladı

Sosial

30 May 2025 09:04 1658


Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

“Yeni Sabah” “Trend”ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir. Dominos pizza

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl də Bakının mərkəzində yeni söküntü başlayacağı və yerində park salınacağı ilə bağlı məlumat vermişdik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!