Bakının bu ərazisində bulvar salınacaq - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində bulvar salınacaq - Video

Sosial

16 May 2025 12:05 953


Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

“Yeni Sabah” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların kökünü kəsib.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin magistralla xüsusi su təmizləyici qurğuya töküləcək. pizza sifarişi

Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.

Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə, Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!