Bakının bu ərazisində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində işıq olmayacaq

İqtisadiyyat

23 Dekabr 2025 09:24 373


Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Yeni Sabah"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Dördpendirli pizza

Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!