Bakının bu ərazisində olan obyektlər sökülür

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində olan obyektlər sökülür

Hadisə

29 Dekabr 2020 17:26 2770


Bakıda yol genişləndirilməsi səsbəbindən Yasamal rayonu ərazisində yerləşən bəzi obyektlər sökülür.

Yenisabah.az xəbər verir ki, söhbət Yasamal rayonu 20 Yanvar küçəsindən gedir. Ərazidə fəaliyyət göstərən sahibkarların verdiyi məlumata görə, artıq bir neçə obyekt sökülüb, əvəzində isə onların sahiblərinə kompensasiya verilib.

Sözügedən ərazidə yeni park da salınır. Yol genişləndikdən sonra 20 Yanvar küçəsinin girişində həmin parka gələn insanlar üçün avtomobil dayanacağı da inşa ediləcək. Pepperoni pizza

Qeyd edək ki, 20 Yanvar küçəsi Moskva prospekti ilə kəsişir. Bakının şimal girişi olan Moskva prospektinin ətrafında da bəzi abadlıq işləri görülür. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!