Bir müddət əvvəl asfaltnan Şərifzadə küçəsindəki avtomobil yolu yenidən qazılır.
Bu barədə “Yeni Sabah”a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Onlar redaksiyamıza yolun qazıldığını əks etdirən video da göndəriblər.
“Maraqlanmışıq, deyiblər ki, kommunikasiya xətlərini düzəldirlər. Bunu yolu asfaltlamamışdan əvvəl etmək olmazdımı? Artıq bu, Azərbaycanda adət halını alıb. Əvvəl yolu çəkirlər, sonra isə qazıb kommunikasiya xətlərini yeniləyirlər və yaxud təmir edirlər. İyul ayında bu yolun üzərində yol hərəkəti qaydalrına aid işarələr çəkilib. Yaxşı həmin vaxt kommunikasiya xətlərinin vəziyyəti yoxlanıla bilməzdi? Nəzərə almırlar ki, artıq yay deyil, universitetlər açılıb və s. Belə bir vəziyyətdə bu cür işlərlə tıxac yaradıb insanların əsəbləri oynamaq kimə lazımdır axı?”, - deyə sakinlər bildirib. pizza mizza
Sizə həmin görüntünü təqdim edirik.
Telegram kanalımız