Bakının bu küçəsində dəyişiklik edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsində dəyişiklik edildi - Fotolar

Sosial

11 Noyabr 2025 11:46 538


"İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında deyilir.

Qeyd olunur ki, prospektdə aparılan təhlillər nəticəsində piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri də təşkil ediləcək. Dominos pizza

"Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına başlanılacaq.

Növbəti mərhələdə mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirilməsi nəzərdə tutulur", - məlumatda bildirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!