Bakının əsas magistral yollarında sürət həddi endirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakının əsas magistral yollarında sürət həddi endirildi

Hadisə

23 Dekabr 2020 09:54 680


Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H. Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. 

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - deyə BNA-nın məlumatında qeyd olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!