“Bakının hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir“   - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Bakının hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir“ - Erməni politoloq

Rəsmi

17 Oktyabr 2021 10:39 1519


Azərbaycan rəhbəri qalib mövqeyindən çıxış edir.

Yenisabah.az xəbər verir ki, bu sözlər erməni politoloq Armen Baqdasaryanın mediaya şərhindəndir.

Baqdasaryan Azərbaycan Prezidentinin regional məsələləri MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından və ümumiyyətlə, İlham Əliyevin müxtəlif platformalardan maksimum istifadə etməsindən narahatlığını da dilə gətirib. O, MDB meydanının bu məsələlərə aidiyyəti olmadığını deməklə təsəlli tapmağa çalışıb. Sezar pizza

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında problemi üçtərəfli bəyanat tənzimləyir:

“Ancaq məsələ ondadır ki, Paşinyanın təklif etdikləri Azərbaycana lazım deyil. Paşinyan mina xəritələrini verməyi, delimitasiya və demarkasiya prosesini başlatmağı, kommunikasiyaları açmağı və atəşkəs rejiminin qorunması üçün nəzarəti gücləndirməyi təklif edir. Bakının isə ilk növbədə hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir”.

Baqdasaryan deyib ki, 44 günlük müharibədən bəri heç nə dəyişməyib, Bakının mövqeyi də ciddi şəkildə müttəfiqləri tərəfindən dəstəklənir:

“Xüsusilə yada salın ki, müharibə vaxtı heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanı ittiham etmədi. Bakı bilir ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm onu dəstəkləyir və bundan “status” məsələsində istifadə edir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İbrahim
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. İnşəallah Zəngəzur bölgəsi tarixi torpağlarımızdır və qayıdacağ.
    5 years ago