Bakının iki rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının iki rayonunda qaz olmayacaq

Sosial

26 Avqust 2025 09:11 355


Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. pizza mizza

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!