Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sosial

20 Sentyabr 2019 13:15 1097


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Sabah”a verilən məlumat görə, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!