Bakının mərkəzində bayağı reklam -   “Sən mənə aşiq, Rəisim...“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində bayağı reklam - “Sən mənə aşiq, Rəisim...“ - Video

Şou

18 May 2022 10:28 5567


Azərbaycanda "sevgilisi polis rəisidir" deyilən müğənninin klipi son günlərin ən çox müzakirə doğuran mövzulardan biridir.

Yenisabah.az xəbər verir ki, gənc ifaçı Müjgan Ayxanın "Rəisim" mahnısını reklam etmək üçün Heydər Əliyev prospektində bilbord alması da gündəmə gəlib.

Sosial şəbəkə istifadəçiləri paytaxtın əsas küçələrindən birini bayağı təbliğatın “bəzəməsinə” kəskin etiraz bildiriblər. Onlar bütöv bir cəmiyyəti belə bayağılıqla üz-üzə qoymağın yolverilməz olduğunu deyiblər. pizza mizza

Qeyd edək ki, Müjgan Ayxan “Rəisim” mahnısını ümumilikdə dövlətimizin keşiyində duran bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr etdiyini qeyd edib: “Bu mahnı şəxsən kiməsə həsr olunmayıb. Hər sahəyə aid olan mahmılarımız var və rəislərimizə də aid mahnılar ola bilər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə oxu.az-a açıqlamasında istənilən müsbət təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!