Ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın baş verib.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ərazidə təhlükəsizlik təmin edilməklə yanaşı, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Pepperoni pizza
Bununla yanaşı, yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Telegram kanalımız