Bakının mərkəzində evdən 10 kilodan çox narkotik tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində evdən 10 kilodan çox narkotik tapıldı

Kriminal

02 İyun 2021 14:50 1060


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 97 qramdan artıq heroin, 102 qrama yaxın metamfetamin və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülüb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!