Bakının mərkəzində qızın başına beton parçası düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Hadisə

24 May 2023 12:03 1036


Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 23-də saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!