Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sosial

26 Sentyabr 2025 18:25 359


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Nəsimi rayonu, Nizami küçəsi ev 93 ünvanında yaşayan və hazırda çətin həyat şəraiti ilə qarşılaşdığı bildirilən 78 yaşlı Nabat Xanım Ramazanovanın vəziyyəti ilə maraqlanıblar".

Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

"Əməkdaşlarımız tərəfindən ahılımızın Bakı şəhərində yaşayan qardaşı oğlu Faiq Ramazanovla əlaqə saxlanılıb və onunla birlikdə hazırda Nabat Xanım müalicə aldığı Mərkəzi Nefçilər Xəstəxanasında ziyarət edilib. Toyuqlu pizza

Vətəndaşın əməkdaşlarımız tərəfindən qiymətləndirilməsi aparılıb, hüquqları izah edilib və həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumatlandırılıb".

Qeyd olunub ki, eyni zamanda Nabat Xanım Ramazanovanın xarici ölkələrdən birində yaşayan qardaşı ilə də əlaqə saxlanılıb və mövcud vəziyyət barədə məlumat verilib.

"Vətəndaş hər hansı sosial xidmət müəssisəsinə yerləşmək istəmədiyini, müalicə prosesi bitdikdən sonra isə evinə qayıdacağını bildirib", - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!