Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər

Hadisə

03 Noyabr 2024 20:28 752


Bakı şəhərinin mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, gecə təxminən saat 03:00 radələrində "Torqovıy" adlanan ərazidə gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qismində olan xanım arasında münaqişə yaranıb. Zəng edərək öz yaxınlarını hadisə yerinə çağıran xanımın yaxınları taksi sürücüsünə qarşı zor tətbiq ediblər. Marqarita pizza

Xanımın ora çağırdığı yaxınları ictimai qayda-qanunu kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, taksi sürücüsü üzərində zor tətbiq edərək qərəzli hərəkətlər etmiş olan 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili ilə yolu bağlayaraq hərəkətə maneə törədib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!