“İki gündür ki, 1960-cı illərin Stalin dövrünün memarlıq abidəsi olan «Dostluq» kinoteatrının sökülməsi işləri aparılır”.
“Yeni Sabah” xəbər verir ki, bu haqda xəbəri məşhur memar, professor Elçin Əliyev paylaşıb.
O, qeyd edib ki, bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib: Dominos pizza
“Təəssüf ki, rəsmi mənbələrdə (ümumiyyətlə, heç birində) dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində hündürmərtəbəli bina tikmək istəyirlər.
Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi «Stalin» dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?
Baxmayaraq ki, hələ 10 iyun 2021-ci il tarixində «1news» saytın səhifələrində Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirmişdi ki, «Təsdiq edirəm ki, keçmiş «Dostluq» kinoteatrının yerində çoxmərtəbəli yaşayış binası müzakirə mövzusu deyil».
Onda nə baş verir, məlumat verin! Kimsə həqiqəti deyəcək? Yoxsa iş sizdən xəbərsiz aparılır!?”.
Telegram kanalımız