Bakının məşhur körpülərindən biri sökülür

saytların hazırlanması

Evə çatdırılma

Bakının məşhur körpülərindən biri sökülür

Sosial

07 Mart 2020 10:32 663


“28 May” küçəsindəki dəmiryol körpüsü bu gündən sökülür.

"Yeni Sabah" bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Qeyd edək ki, 28 may küçəsində yerləşən körpüdən əvvəllər dəmiryolu xətti keçib. Lakin bu xətt hazırda fəaliyyət göstərmir və körpünün ərazidə yerləşməsi heç bir əhəmiyyət daşımır. Əksinə sürücülərin və sərnişinlərin hərəkətinə maneə yaradır. Hərəkətə maneə yaradan əsas səbəb isə körpünün dayağının yolun hərəkət zolağının üzərinə düşməsidir. Körpü söküldükdən sonra, məsələ həllini tapacaq. Marqarita pizza

Söküntü işlərinin martın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.

Körpünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!