“Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik“ - Dərbənd meri

saytların hazırlanması

Evə çatdırılma

“Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik“ - Dərbənd meri

Sosial

19 Mart 2019 18:50 823


"Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib".

"Yeni Sabah" xəbər verir ki, bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib. O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: "Hər dəfə gələndə buna təəccüblənməmək olmur".

Mer köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”. Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: “Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır”.    pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!