Bakının tələbi: İrəvanda bütün heyət istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakının tələbi: İrəvanda bütün heyət istefa verdi

Siyasət

05 Mart 2025 22:20 4706


Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan başda olmaqla, bütün aparat heyəti istefa verib.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “168.am” məlumat yayıb.

Mənbənin sözlərinə görə, istefanın səbəbi İrəvanın bütün beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan geri çəkilmək istəməsi olub. Sezar pizza

Yegişe Kirakosyanın ofisi qərara bir müddət müqavimət göstərməyə çalışsa da, Baş nazir Nikol Paşinyan başqa seçimin olmadığını bildirib.

Nəşr yazır ki, Paşinyan bunun Bakının tələbi olduğunu, əks halda sülh müqaviləsi imzalamayacağını açıqlayıb.

Məlumata görə, aparatın əməkdaşları bir neçə gün işə çıxmaqdan imtina ediblər, bu gün isə bütün heyət istefa ərizəsini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!