Bakının tullantı problemi ilə ingilis mütəxəssislər məşğul olur - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakının tullantı problemi ilə ingilis mütəxəssislər məşğul olur - Fotolar

Sosial

03 Sentyabr 2019 11:37 1520


Məlumat verildiyi kimi iyul ayından etibarən Bakı şəhərinin Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin icrasına başlanılıb. 

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşurlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini vermişdir. Meydançalara lazımı miqdarda konteynerlər yerləşdirilrb, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun  mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya növbəti dəfə ezam olunmuş Mott MacDonald şirkətinın səlahiyyətli nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Artur Guasti  ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır. O, bildirmişdir ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır.  pizza hut

Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Ilkin günlərdə təkrar emal üçün yığılan tullantıların miqdarı 6 tona yaxın idisə, indi, işlərin başlanmasından 2 ay sonra gündəlik təkrar emal tullantılarının miqdarı 22 tona şatıb və bu göstərici artmaqda davam edir. 

Layihənin icrasının ilk 2 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə  aradan qaldırılır. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq. 

Mott MacDonald şirkətinin Tullantı Menecmenti məsləhətçisi Artur Guasti  bildirmişdir ki, bir sıra ölkələrin paytaxtlarından fərqli  olaraq Bakı şəhərində bu layihənin tətbiqi çox uğurla keçir və yaxın gələcəkdə Nərimanov rayonu ilə yanaşı dıgər rayonlarda da tətbiq ediləcəkdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!