“Bakıya elə təklif vermişik ki, Naxçıvan...” - Paşinyan detalları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Bakıya elə təklif vermişik ki, Naxçıvan...” - Paşinyan detalları açıqladı

Siyasət

26 Fevral 2025 22:13 5240


12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib.

“İndi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək, çünki açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”, - Paşinyan bildirib. pizza sifarişi

O qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır:

“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!