Bakıya gələn 4 nəfər müayinədən yayınıb -   Axtarışa verildilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıya gələn 4 nəfər müayinədən yayınıb - Axtarışa verildilər

Sosial

24 Mart 2020 11:27 516


Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn dörd nəfər təyin olunmuş zala gəlməyərək, tibbi müayinədən yayınıblar.

"Yeni Sabah"ın Qafqazinfo-ya istinadən məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.

Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar. pizza

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!