Bakıya son ziyarəti ilə diqqətləri üzərinə toplayan dünyaca məşhur futbolçu Lionel Messi idman dünyasında yenidən böyük maraq doğurub. Paytaxta gələn futbol əfsanəsinin bu səfəri son günlər həm yerli, həm də beynəlxalq media tərəfindən geniş şəkildə işıqlandırılır.
Lakin onun bu zirvəyə yüksəlişi heç də asan olmayıb. Messinin uşaqlıq illəri çətinliklərlə dolu olub və o, bu uğurları qazanmaq üçün çox mübarizə aparıb.
Yenisabah.az Messinin keşməkeşli həyatı ilə bağlı maraqlı nüansları təqdim edir: pizza hut
Messinin uşaqlıq illəri
1987-ci ildə Argentinanın Rosariyo şəhərində doğulan Messi, futbola böyük maraq göstərirdi. O, 4 yaşında ilk futbol təcrübəsini yerli "Qrandoli" klubunda qazandı. Onun ən böyük dəstəkçisi nənəsi Celiya idi. Messi indi də hər qolundan sonra əllərini göyə qaldıraraq nənəsini yad edir.
Xəstəliklə mübarizə
Messiyə 11 yaşında "böyümə hormonu çatışmazlığı" diaqnozu qoyuldu. Bu xəstəlik onun boyunun inkişafına mane olurdu və müalicə çox baha başa gəlirdi. Ailəsi bu xərcləri qarşılaya bilmədiyi üçün onun futbol karyerası təhlükə altına düşdü.
Bu zaman "Barselona" klubu Messinin istedadını kəşf etdi. Klub müalicə xərclərini qarşılayaraq onu məşhur "La Masia" akademiyasına qəbul etdi. Messi 13 yaşında İspaniyaya köçdü və bu qərar onun həyatını tamamilə dəyişdi.
Ailəsinin dəstəyi
Messinin atası Xorxe onun ilk məşqçisi olub və hər zaman ona dəstək göstərib. Ailəsi Messinin uğurları üçün Argentinadan İspaniyaya köçməyə qərar verib. Bu fədakarlıq Messinin uğurlarında mühüm rol oynayıb.
Peşəkar futbola ilk addım
Messi 17 yaşında "Barselona"nın əsas komandasında debüt edərək futbolda yeni bir dövrün başlanğıcını qoydu. Çətinliklərə baxmayaraq, o, öz azmi və istedadı ilə dünya futbolunun zirvəsinə yüksəldi.
İlhamverici həyat hekayəsi
Lionel Messinin həyatı çətinliklərin qarşısında necə dayanmağı və əzmlə böyük uğurlar əldə etməyin mümkün olduğunu sübut edən nümunədir. Onun hekayəsi təkcə futbol həvəskarlarına deyil, hər kəsə motivasiya mənbəyi olmağa davam edir.
Messinin keçdiyi bu çətin yola baxanda onun bugünkü uğurlarının arxasında ağır mübarizə dayanmasının şahidi oluruq.
Nazim Hacıyev
Telegram kanalımız