Bakıya gələn Simonyan görün, nə istəyib

saytların hazırlanması

Evə çatdırılma

Bakıya gələn Simonyan görün, nə istəyib

Siyasət

23 Sentyabr 2025 09:34 49252


İki gün öncə Bakıda keçirilmiş 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyan geriyə hansı mesajlarla qayıdıb?

“Yeni Sabah” xəbər verir ki, “Hraparak” nəşri Simonyanın Bakı səfərilə bağlı bəzi təfərrüatları öyrənib.

İddialara görə, səfər zamanı A.Simonyan ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Ermənistan tərəfinin Bakıdan geri almaq istədiyi 10 nəfərin siyahısını Azərbaycan tərəfinə verib. Marqarita pizza

Siyahıdakılar bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan, Mədət Babayan.

“Hraparak” yazır ki, Andranik Simonyan səfər zamanı Bakıda mühakimə olunan Qarabağ separatçılarının rəhbərləri olmuş 8 nəfərdən heç birinin azadlığa buraxılması və geri qaytarılması barədə danışmayıb

İddia olunur ki, adları çəkilən 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi də bəzi şərtlər irəli sürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mezahir
    Bizimkilər də dörd minə yaxın itginləri və mina xəritəsini istəyərlər yəqin ki!
    8 months ago