"Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm" – Ukraynalı karateçi

saytların hazırlanması

Evə çatdırılma

"Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm" – Ukraynalı karateçi

İdman

18 Fevral 2020 12:13 784


"Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm". "Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycan millisi üçün Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaqla Tokio-2020 Yay Olimpiya Oyunları üçün 12-ci lisenziyanı əldə edən milliləşdirilmiş legioner, karateçi İrina Zaretska (67 kq) deyib. "Moscow-baku.ru" saytına müsahibə verən qadın idmançımız Tokio-2020-dəki hədəflərindən söz açıb: "Hamı medal istəyir və mən də istisna deyiləm. Yatanda belə, hər dəfə yuxuda Olimpiadanın qızıl medalını necə qazanacağımı görürəm. Mən idmançıyam və özümü ən yaxşı nəticələrə kökləyirəm". Milliləşdirilmiş legioner Azərbaycanda ən sevdiyi yerlər barədə də danışıb: "Əlbəttə ki, idman zalı ən sevdiyim yerdir. Bulvarı sevirəm, orada çox olmuşam. Bakı mənim ikinci doğma şəhərimdir. Ürəyim hər zaman ora ilə döyünür". 24 yaşlı ukraynalı karateçi Azərbaycan yığmasına gəlişindən və ölkəmizin adət-ənənələrindən də bəhs edib: "İlk vaxtlar burada necə qəbul olunacağımı bilmirdim. Bir az qəribə hisslər yaşayırdım. Lakin sonra göstərdiyim nəticələrlə Azərbaycandakı insanlar məni çox sevirlər, dəstəkləyirlər. Mənim bura öyrəşməyim çətin olmadı. Sizə deyim ki, Azərbaycan çayı mənim ən çox sevdiyim şeydir. Bakıya gələndə mütləq ağ gilas mürəbbəsi ilə çay içirəm. Tez-tez Bakıda oluram. İldə səkkiz dəfə. Fevral ayında iki dəfə burada milli ilə məşq etmişəm. Martın sonlarında Bakıda Avropa çempionatı olacaq. O zaman da gedəcəyəm".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!