Bakıya giriş məhdudlaşdırılır? - “Şəhər boşaldılmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Bakıya giriş məhdudlaşdırılır? - “Şəhər boşaldılmalıdır”

Siyasət

07 Sentyabr 2024 17:10 37906


Noyabr ayında Bakıda keçirləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssiələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində isə tədrisin distant təşkil ediləcəyi açıqlanıb.

Həmçinin paytaxtda,Abşeron və Sumqayıt şəhərləri ərazisində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir. Buna uyğun olaraq sammit müddəti ərzində Bakıya giriş-çıxışın məhdudlaşdırılacağına dair məlumatlar yayılıb.

Noyabr ayında təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıla bilərmi? Toyuqlu pizza

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, Bakıya giriş-çıxışın məhdudlaşdırılması gözlənilən məsələdir.

Onun sözlərinə görə, təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsi üçün bu addımın atılması münasib və mümkün variantdır:

“Əgər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilərsə, o zaman müəyyən yüngülləşdirici hallar nəzərə alına bilər. Bütün sualların cavabı qarşıdan gələn günlərdə bəlli olacaq. Lakin bunun üçün Bakı tamamilə boşaldılmalıdır. Ona görə də, giriş-çıxışın məhdudlaşdırılacağını düşünürəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!