"Qarabağ"ın Portuqaliyanın "Şaveş" klubundan transfer etdiyi Kevin Medina yaxın günlərdə Bakıya gələcək.
Yenisabah.az xəbər verir ki, bu barədə kolumbiyalı futbolçunun özü məlumat verib.
"Qarabağ"ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənili 27 yaşlı müdafiəçi hazırda Portuqaliyada olduğunu bildirib: "Bakıya nə vaxt gələcəyimi bilmirəm. Toyuqlu pizza
Amma bu, tezliklə olmalıdır. Koronavirus pandemiyası səbəbindən əcnəbilərin Azərbaycana səfər etmələri elə də asan deyil. Bakıya yollanacağım günü səbirsizliklə gözləyirəm" (Report).
Telegram kanalımız