Bakıya qar yağıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar yağıb

Rəsmi

24 Fevral 2021 07:09 1369


Ötən gecə Bakıya qar yağıb. 

“Yeni Sabah” xəbər verir ki, hazırda paytaxtın bütün küçələri qarla örtlüdür. 

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı haqda proqnoz yaymışdı. Güclü şimal-qərb küləyi əsəcəyi, çovğun olacağı gözlənilir.  Marqarita pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!