“Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...” - Sərkisyan

saytların hazırlanması

Evə çatdırılma

“Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...” - Sərkisyan

Siyasət

04 May 2025 16:36 31197


1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki, tanıyın?

Yenisabah.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs (Bişkek protokolu – red.) barədə danışarkən bildirib.

Onun sözlərinə görə, əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil: Sezar pizza

“Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.

Sərkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın “nümayəndəsi” də imza atmışdı və Azərbaycan xüsusən Aprel döyüşlərindən sonra bu “reallığı” sıradan çıxarmağa başladı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Murad
    Serj yenə də ağlına gələni danışır. Bu bədbəxt hələ də başa düşməyib ki, Bakını tutmaq ermənilərin başı üçün deyil. Bizimkilər bir gün İrəvanı alacaq, onda isə sən susacaqsan, ay yazıq.
    12 months ago