Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qızıgilə qonaq gələn ana itkin düşdü 

Hadisə

15 Mart 2024 13:12 465


Bakıda 76 yaşlı qadın itkin düşüb. 

Yenisabah.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.

Yaxınları bildirib ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub. pizza

Hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edilib. Hazırda Almaz Daşdəmirovanın tapılması istiqamətində iş davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!