Bakıya tramvaylar yenidən qayıdır?   -Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıya tramvaylar yenidən qayıdır? -Video

Sosial

31 Avqust 2019 20:50 1111


Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müşaviri Rüfət Mahmud "Xəzər xəbər"ə danışıb. 

'Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib. Pepperoni pizza

Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, tramvaylar 98-ci ilə qədər Bakıda işlək vəziyyətdə idi. Həmin vaxt paytaxda nəqliyyat sıxlığı az olduğundan onlar rahat hərəkət edə bilirdilər, amma hazırkı vəziyyətə görə tramvayın hərəkəti şəhərdə mümkün deyil.

Ekspert bildirib ki, əgər şəhərin mərkəzi küçələrində yolları qazıb tramvay xətti çəkilərsə bu aylar hətta illərlə vaxt aparacaq. Bu da o deməkdir ki, iş gedən vaxt yol bağlanacaq və həmin küçələrdə nəqliyatın hərəkəti iflic olacaq. Ekspert təklif edir ki, şəhər mərkəzi üçün ən əlverişlisi elektobusların alınmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!