Bakıya iki yeni metro qatarı gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıya iki yeni metro qatarı gətirildi

Sosial

31 Avqust 2019 16:00 1198


“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, iki yeni qatar sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabrda xəttə buraxılacaq: “2019-cu ildə 6 yeni qatarın gətirilməsi planlaşdırılmışdı. Bununla bağlı Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalanıb. Müqavilə əsasında son iki qatar və yaxud da ümumlikdə 10 vaqon artıq Bakıya gətirilib".  Marqarita pizza

.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!