“BakuBus”ın avtobusları toqquşdu   - Yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var

Hadisə

24 İyun 2021 16:22 825


Bakıda baş verən yol qəzasında 7 nəfər yaralanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Yenisabah.az-a bildirib ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

“Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub”. Dominos pizza

BNA rəsmisinin sözlərinə görə, xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb:

“Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!