“BakuBus“ın sürücüsü infarkt keçirdi, qəza törətdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus“ın sürücüsü infarkt keçirdi, qəza törətdi - VİDEO

Hadisə

31 Yanvar 2025 10:18 315


Ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.

"BakuBus" MMC-dən bildirilib ki, ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb. Toyuqlu pizza

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./Unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!